Siyavuş Novruzov: “Xaricdə oturan insanlara qarşı mübarizə aparaq, yoxsa öz içərimizdəkilərə qarşı?”

22.10.2019 - 12:40

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Parlament sədri xaricdə səfərdə olduğu üçün iclasa Birinci vitse-spiker Ziyafət Əsgərov sədrlik edir.

Cari məsələlərlə bağlı müzakirələr zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov dedi ki, 19 oktyabrda Bakı şəhərində keçirilən qeyri-qanunu aksiyaya münasibət bildirməliyik: “Bir qrup Azərbaycan əleyhinə olan, erməni lobbisi tərəfindən müdafiə edilən qüvvələr paytaxtda qarışıqlıq yaratmağa cəhd göstərdilər. Onlar həyata keçirlən islahatların üzərinə kölgə salmaqdan ötrü ayrılmış yerdə deyil, şəhərin mərkəzində xalqla polis arasında gərginlik yaratmağa cəhd göstərdilər. Bununla da Azərbaycan Konstitusiyasının 10-dək maddəsi kobud şəkildə pozulub. Bu insanlar barədə hüquq-müharfizə orqanları ciddi araşdırmalar aparılmalıdır. Hər birimiz buna münasibət bildriməliyik! İndi 90-cı illər deyil. Zaman, dövr və şəxsiyyət də eyni deyil. Qibləsini tanımayan adamlar təqvalı insanlardan alət kimi istifadə edirlər. Mən dindarlara müraciət edirəm, bəs sizin onlarla apardığı işiniz nədən ibarətdir? Azərbaycan prezidenti məscidlər, mədrəslələr tikib xalqın istifadəsinə verir. Bunlar nə edir? Hər şeyi dağıdırlar!”

S.Novruzov bildirdi ki, hər kəs bunların hərəkətinə reaksiya verməli,mövqeyini ortaya qoymalıdır: “Yaradıcı təşkilatlar, ayrı-ayrı tanınmış insanlar ortaya çıxıb münasibətini bildirməlidir. Təkcə millət vəkilləri bunlara cavab verməli deyil, digər təşkilatlar da münasibətini bildirməlidir”.

Bundan sonra S.Novruzov həmkarına iradını bildirdi: “Hərdən bizim deputatlar mətbuatda Milli Məclis haqqında fikirlər bildirirlər. Bu yaxınlarda Fazil müəllim Mustafa müsahibəsində demişdi ki, islahat Milli Məclisdən başlamalıdır. Milli Məclis qanun, qərar qəbul edir. Mən burdakılardan soruşuram, hansı birinizin sosial şəbəkədə işləməyinizə maneçilik yaardılır? Yaxud burada 50-dən artıq jurnalist iştirak edir. Sizə Məclis rəhbərliyindən bir nəfər deyibmi ki, filankəsin yazısını verin, o birini verməyin? Xalı çatmayan elə MM-dən özünə xal götürmək istəyir. Xaricdə oturan insanlara qarşı mübarizə aparaq, yoxsa öz içərimizdəkilərə qarşı? Hərə öz oturduğu stula hörmət etməlidir! Biz xalq artisti deyilik ki, özümüzü İnstaqramda göstərək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135073

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930