Nəsiminin 650 illik yubileyi münasibətilə noyabrda bir gündə 650 min ağac əkiləcək
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək”.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov deyib. O, Aran zonasında əkiləcək meyvə ağacları, əkin qaydaları, zəruri texniki göstəricilər barədə fikirlərini bildirib:
“Aran zonasında iqlimə və yerli şəraitə uyğun əsasən badam, əncir, nar, ərik, tut, xurma, innab, albalı, alça, armud, gavalı, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=135269