Azərbaycanda ət və ət məhsulları UCUZLAŞACAQ? – iqtisadçı AÇIQLAYIR

25.10.2019 - 14:54

“Gələn ildən ölkədə ət və ət məhsulları ucuzlaşa bilər”.

Bu sözləri Lent.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib. O bildirib ki, istənilən məhsulun dəyərinə təsir edən hər hansısa bir verginin və ya rüsumun aradan qaldırılması qiymətə təsir edir:
“Əvvəllər xaricdən heyvan əti gətiriləndə gömrük rüsumu və əlavə dəyər vergisi (ƏDV) ödənilirdi. Əgər ƏDV ləğv olunsa, bu qiymətə müəyyən qədər təsir edəcək.
Eyni zamanda, hazırda xaricdən ölkəyə gələn ətlərdən daha çox kolbasa istehsalında istifadə edilir. Bu səbəbdən də kolbasa və digər ət məhsullarının da qiymətinin ucuzlaşması gözlənilir.
Qeyd edim ki, hazırda ət məhsulları ölkədə həm idxalda, həm də daxili bazarda monopoliya altındadır. Buna görə də bazarda tələb və təklifin dalğası ilə formalaşan qiymətlərin müəyyənləşməsi və ucuzlaşması prosesi asan olmayacaq. Ancaq ola bilsin ki, hökumət verdiyi qərarın ardınca müəyyən müşayiətedici tədbirlər həyata keçirəcək. Bunun təsiri altında qiymətlər ucuzlaşacaq”.
Ekspert əlavə edib ki, hökumətin bu qəbildən olan idxal məhsullarında vergini ləğv etməsinin bir səbəbi də var: hazırda ölkə məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi hədəf götürülməyib:
“Düşünürəm ki, əslində sözügedən məhsullara olan yerli tələbatın böyük hissəsini Azərbaycanın daxili imkanları hesabına ödəmək mümkündür. Buna bizim potensialımız da yetərincədir. Bunun üçün ölkə daxili potensialları reallaşdıran tədbirlər görməlidir. Belə ki, daxili bazarda azad rəqabətin formalaşması, sahibkarlıqla bağlı əngəllərin aradan qaldırılması, eləcə də ölkə bazarlarında məhsulların bol olmasını təşkil etməklə bunun öhdəsindən gələ bilərik”.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.
Eyni zamanda, quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur.
Həmçinin qeyd edək ki, qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135309

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728