Qayıqda baş verən partlayışda yaralananlardan birinin vəziyyəti ağırdır

29.10.2019 - 18:06

Səhiyyə Nazirliyi bu gün Xəzərdə SOCAR-ın qayığında baş verən partlayış zamanı yaralanan şəxslərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub. Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında partlayış olub. 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135473

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728