Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi açıqlanıb

30.10.2019 - 14:04

meyit-morqda“Azərbaycanda insanlar arasında qeyri-yoluxucu xəstəliklərdən ən geniş yayılanı hipertoniyadır (qan təzyiqinin yüksəlməsi). Bu da nəticədə insanlarda insult və ürək qan-damar xəstəliklərinə səbəb olur”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, növbəti sırada şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləri gəlir: “Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir. Qeyri-yoluxucu xəstəliklər, adətən, genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, hava kirliliyi, spirtli içkilərin zərərli istifadəsi, qeyri-sağlam pəhriz qeyri-yoluxucu xəstəliklərdən əziyyət çəkən insanların sayında artıma səbəb olur”.

H.Harmançı vurğulayıb ki, Avropada ölümlərin, təxminən, 90%-ni təşkil edən qeyri-yoluxucu xəstəliklər əhalinin rifahına, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinə, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir: “Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişir. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135514

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728