Təhlükəli doğuş keçirən ana və körpəsi xilas edilib

31.10.2019 - 14:33
Xaçmaz rayonu Qusarçay sakini 34-35 həftəlik hamilə qadın oktyabrın 22-də uşağlıqda ağrılı çapıq diaqnozu ilə Quba Regional Perinatal Mərkəzinə daxil olub. 
Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qadının üzərində USM müayinəsi aparılan zaman ciftin çapığa birləşməsi aşkar edilib. Ananın həyatına təhlükəli vəziyyət nəzərə alınaraq dərhal əməliyyata başlanılıb.
Əməliyyat Quba rayon Mərkəzi Xəstəxanasının, Quba Regional Perinatal Mərkəzin və Səhiyyə Nazirliyinin sanaviasiya xidmətinin cərrahları tərəfindən birgə həyata keçirilib. Nəticədə ananın həyatı xilas edilib.
Doğulan uşağı reanimasiya tədbirləri nəticəsində həyata qaytarmaq mümkün olub. Belə ki, vəziyyət dəyərləndirilərək uşağa müasir müalicə metodu sayılan passiv hipotermiya üsulu tətbiq edilib. Beləliklə, bədən hərarəti 33-34 dərəcəyə endirilib, uşağa tənəffüs dəstəyi verilib. Hazırda uşaq sərbəst nəfəs alır, aktiv əmir, çəkisi artır.
Həmçinin Ana və uşağın vəziyyəti qənaətnəxş qiymətləndirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135589

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728