Azərbaycanda “Smart tələbə kartı” layihəsinə start verilib

01.11.2019 - 11:43

105dbbd6a337887Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə “Smart tələbə kartı” layihəsinə start verilib.

“Cümhuriyyət”in məlumatına görə, layihənin icrası ilə bağlı bu gün UNEC-də təqdimat mərasimi təşkil olunub.

Bildirilib ki, kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirə biləcəklər. Eyni zamanda regionda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək.

Tələbələr smart kartı oxuduqları universitetə, UNEC-ın kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.

Gələcəkdə sözügedən tələbə kartının əhatə imkanlarının daha da genişlənməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur.

Qeyd edək ki, layihə “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728