Budəfəki siyahıyaalmada Bakıdakı erməniləri də qeydə aldılar? – AÇIQLAMA

04.11.2019 - 11:00

modern.az_people-ehali_799Bu ilin 1-10 oktyabr tarixlərində əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması keçirilib.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkədə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.

Maraqlıdır, siyahıyaalma zamanı Bakı ermənilərinin, Dağlıq Qarabağ ermənilərinin sayının dəqiqləşdirilməsi, onların sorğulanması hansı şəkildə həyata keçirilib? Onların sayı da siyahıyaalınmanın nəticələrində nəzərə alınacaqmı?

Modern.az-ın məsələ ilə bağlı sorğusunu Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev cavablandırıb.

A.Abbasəliyev bildirib ki, bütün prosedurlar qanunvericilik çərçivəsində icra olunub:

“Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması işğal altında olan ərazilər istisna olmaqla ölkənin hər bir inzibati ərazi vahidi üzrə aparılıb və respondentlərin aid olduğu milliyyət və ya etnik qrup sorğu vərəqəsinin “Milli (etnik) mənsubiyyətiniz” sualına cavabı əsasında müəyyən edilib”.

DSK rəsmisi qeyd edib ki, siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin ikinci yarısınadək nəzərdə tutulub.

Hazırda Bakıda erməni milliyətindən olanların da yaşadığı heç kimə sirr deyil.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bir neçə gün öncə “Din və insan hüquqları” mövzusunda keçirilən konfransda bunu bir daha təsdiqləmişdi.
“Bu gün Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarının qorunması təmin edilir”,- deyən Ombudsmanın sözlərinə görə, 30 il davam edən erməni təcavüzü nəticəsində tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanda 100 minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb: “Azərbaycanlılar Ermənistanın monoetnik dövlət yaratması, etnik təmizləmə siyasəti nəticəsində kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, bu gün də ölkəmizdə yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır, onların hüquqlarının qorunmasını təmin edilir”.

Qeyd edək ki, Azərbaycanda əhalinin sonuncu siyahıyaalınması 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib. Siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135783

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728