Qazın təzyiqi nə üçün azalıb? – RƏSMİ

04.11.2019 - 12:45

Havaların soyuması ilə təbii qaza olan tələbat artıb. Ancaq abonentlərin bildirdiklərinə görə, bəzi ərazilərdə (Sabunçu rayonu, Səbail rayonu, Hövsan qəsəbəsi və s.) qazın təzyiqi kəskin azalıb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Lent.az-a bildirib ki, problemdən xəbərdardırlar:

“Qış rejimini tənzimləmə prosesi zamanı havanın qəfildən dəyişməsi bəzi yerlərdə qazın təzyiqinin azalması ilə nəticələndi. Hazırda harada təzyiq aşağıdırsa, bununla bağlı əlaqədar qurumlar, əməkdaşlar problemi aradan qaldırmaqla məşğuldurlar.

Qeyd edim ki, qaz təzyiqinin azalması ilə bağlı ən çox Sabunçu rayonunda, Maştağa qəsəbəsində problemlər olub. Bununla yanaşı, hazırda Səbail rayonunda problem qalmaqdadır, əməkdaşlar bunun həlli üçün çalışır”.

C.Səfərov əlavə edib ki, hazırda rejim yenidən tənzimlənir:

“Problemlər qısa müddətdə tam aradan qalxacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728