“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edir

04.11.2019 - 18:06

networking 040Ölkənin ən gənc mobil operatoru “Nar”, gənclərin şəxsi və peşəkar inkişafına təkan verən təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in təşkilatçılığı ilə ötən gün baş tutan “Networking. Global Volunteer və Peşəkar Mühit” tədbirinin baş sponsoru qismində çıxış edib. “Qlobal Könüllü” proqramının məzunlarını və ölkənin iri korporativ şirkətlərinin professionallarını bir araya gətirən tədbir gənclərə faydalı ünsiyyət qurmaq şansı yaradıb.

Qlobal mübadilə proqramı əsasında xaricdə təcrübə keçmək istəyən tələbələr elə həmin proqramın məzunları ilə görüşüb onların real təcrübələrini dinləyə biliblər. Bundan başqa, tədbirdə iş müsahibələrinin uğurlu keçməsi və düzgün peşə seçimi ilə bağlı mühüm məlumatlar paylaşılıb.

300-dən çox gəncin qatıldığı tədbirdə “Nar” hazırda mövcud olan iş imkanları və təcrübə proqramları ilə bağlı geniş məlumat təqdim edib.

Mobil operatorun həyata keçirdiyi layihələrlə bağlı daha ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=135830

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728