Təhsil naziri gənc müəllimlərlə görüşüb

05.11.2019 - 10:09

Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Bu barədə “Cümhuriyyət”ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmirdən olan gənc müəllimlər iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov ixtisaslaşmış kadrlarla iş fəaliyyəti, onların peşəkar inkişafı və müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsindən danışıb. Ceyhun Bayramov müəllim nüfuzunun artırılması, eləcə də müəllim fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlərə də diqqət çəkib.

Müəllimlərin bilik və bacarıqlarının artırılması və təlim metodlarının tətbiqindən söz açan Ceyhun Bayramov tədbirin davamında iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təhsil naziri çıxışının sonunda müəllimlərin hər birinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=135840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728