Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et!

05.11.2019 - 14:13

narHər zaman Azərbaycan xalqının adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar” sosial media istifadəçilərinə Göyçayda keçiriləcək ənənəvi Nar Festivalında iştirak etmək imkanı verir. Belə ki, mobil operator sosial şəbəkə iştifadəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. Suallar “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrinin hekayə bölümündə paylaşılacaq. Müsabiqə noyabrın 4-də saat 20:00-da başlayıb və noyabrın 6-sı saat 20:00-da başa çatacaq. Qaliblər noyabrın 7-də elan olunacaq.

Verilən məntiqi tapşırığı düzgün cavablandıran 10 nəfər “Nar” əməkdaşları ilə birgə noyabrın 9-10-da Göyçayda keçiriləcək Nar Festivalına gediş-dönüş qazanacaq. Qeyd edək ki, seçilən şəxslər özləri ilə daha 1 nəfəri də Göyçaya apara biləcəklər. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən ediləcək. Sualı düzgün cavablandıranların 5-i “Facebook” , 5-i isə “İnstagram” istifadəçiləri arasından seçiləcək.

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Short URL: http://www.cumhuriyyet.net/?p=135890

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728