AVRO-2020-ni Azərbaycanda yayımlayacaq telekanalların adları açıqlanıb

05.11.2019 - 17:00

avro2020İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

Bu barədə “Cümhuriyyət”ə İTV-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə nəzərdə tutulan AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi saat 21:00-dan İTV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, 12 iyun-12 iyulda keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində təşkil olunacaq. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda oynanılacaq.

UEFA-nın 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135910

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728