Nazir müavini uşaq qidası satan şirkətləri ittiham edib

06.11.2019 - 14:10

d35edac5-0e39-4242-9754-c7169f074b9cSəhiyyə Nazirliyi dövlət doğum evlərində valideynlərə uşaq qidalarının satılması barədə məlumatlara münasibət bildirib.

“Report”un xəbərinə görə, Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin siyasətinin əsas xətlərindən biri körpələrin qidalandırılmasında ana südünə üstünlük verilməsidir.

Nazir müavini qeyd edib ki, uşaq qidalarının satışı və reklamı ilə məşğul olan bəzi şirkətlər bu sahədə düzgün təbliğat aparmırlar.

E.Ağayev həkimlərə tövsiyə edib ki, onlar yenidoğulanların qidalanmasına diqqət etsinlər: “Körpələrin ana südü ilə qidalandırılması daim müvafiq qurumlar tərəfindən geniş təbliğ olunur. Burada həmçinin Səhiyyə Nazirliyi ilə yanaşı ictimaiyyət və mətbuat da iştirak etməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135974

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728