Cəbhə bölgələrində qazlaşdırma – VİDEO

06.11.2019 - 15:17

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilir, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilir.

“Report” xəbər verir ki, bu işlər ucqar kəndlərdə, sərhəd bölgələrində, çətin relyefə malik ərazilərdə, həmçinin cəbhə bölgələrində də həyata keçirilir.

Tovuzun Qaralar, Böyük Qışlaq və Qaradaş kəndləri də qazla təmin edilən ərazilərdəndir.

Qaralar kəndi rayon mərkəzindən 70 kilometr aralıda, Ermənistanla sərhəddə yerləşir. Cəbhə xəttinin yaxınlığında yerləşən bu kənd mütəmadi olaraq ermənilərin hədəfinə tuş gəlir. Qaralar kəndinə təbii qaz 2012-ci ildə verilib. Bu kəndin qazlaşdırılması Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına, eləcə də Azərbaycan Prezidentinin göstərişinə əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin, sərhəd rayonlarının qazlaşdırılması çərşivəsində həyata keçirilib.

Rayon mərkəzindən 50 km məsafədə yerləşən Böyük Qışlaq kəndinə təbii qaz 2015-ci ilin oktyabr ayında verilib. 295 abonenti olan Böyük Qışlaq kəndinin qazlaşdırılması zamanı 24 kilometr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 295 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

80 abonentlik Qaradaş kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 042 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Bu kəndə təbii qaz 2015-ci ilin noyabr ayından verilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728