Gənclikdə yeni sərgi AÇILDI

07.11.2019 - 12:45

“Bakı Metropoliteni” QSC-nin ənənəvi olaraq həyata keçirdiyi sosialyönümlü layihələrin önəmli bir hissəsi də metro stansiyalarında təşkil etdiyi maarifləndirici sərgilərdən ibarətdir.

Bu barədə “Cümhuriyyət”ə QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, XX əsrin görkəmli şəxsiyyətlərindən olan meksikalı rəssam Frida Kalo və Meksikada onun özü qədər tanınmış simalardan olan Dieqo Riveranın 90-dan artıq əsərlərindən ibarət sərgisi Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Unibankın təşkilati dəstəyi ilə məhz Bakı metropoliteninin “Gənclik” stansiyasının keçidlərində keçiriləcək.

İncəsənət tarixinin ən çox müzakirə olunan cütlüyünün unikal sərgisinin açılış mərasimi 2019-cu il noyabrın 7-də saat 11:00-da “Gənclik” stansiyasında olub. Tədbir bütün dünyada populyar olan Meksika milli musiqisi Mariaçi ilə müşayiət ediləcək.

Onu da xüsusilə vurğulamaq lazımdır ki, 2002-ci ildə Dieqo Rivera və Frida Kalonun ev muzeylərində keçirilən sərgidən sonra, ilk dəfə Bakıda nümayiş etdiriləcək və altı ay davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=136042

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728