Sabah “ASAN” işləməyəcək – DİQQƏT
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar 10 noyabr tarixindən “ASAN xidmət”, 11 noyabr tarixindən isə “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=136112