Avtovağzalda yüklərinizin saxlanması üçün bu qədər ÖDƏYƏCƏKSİNİZ

08.11.2019 - 12:00

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib.

Bu barədə “Cümhuriyyət”ə BBAK-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:
• 0-3 saat – 1 AZN,
• 3-6 saat – 2 AzN,
• 6-9 saat – 3 AZN,
• 9-12 saat – 4 AZN,
• 24 saat – 5 AZN.

Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur.

Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə BBAK məsuliyyət daşımır və saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır.

Qeyd edək ki, yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır.

Eyni zamanda sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur, nömrənin (Jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=136122

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728