Elçin Səlcuqla bağlı Mətbuat Şurasına MÜRACİƏT EDİLDİ

08.11.2019 - 12:11

Bir qrup media nümayəndəsi və ziyalı tanınmış jurnalist Elçin Səlcuqla bağlı Mətbuat Şurasına müraciət edib.

“Cümhuriyyət” həmin müraciəti təqdim edir:

“Bu il tanınmış jurnalist Elçin Səlcuqun anadan olmasının 55, vəfatının 10 ili tamam olur. Elçin Səlcuq 1964-cü ildə Naxçıvanda anadan olub. Jurnalistikaya ötən əsrin 90-cı illərində yaddaqalan yazılarla gəlmiş jurnalist 1991-97-ci illərdə “Azadlıq”, 1997-98-ci illərdə “525-ci qəzet”də çalışıb. 1998-2001-ci illərdə “Detektiv” qəzetinin baş redaktoru olub. Sonra “Proloq” ədəbi həftəliyində çalışıb. Ömrünün son illərində müstəqil köşə yazarı kimi fəaliyyət göstərib. Elçin Səlcuq 2009-cu il dekabrın 17-də Bakıda rəhmətə gedib.

Müstəqil Azərbaycan mətbuatında ilk gündən tanınan imza sahibinə çevrilən şəxslərdən biri də Elçin Səlcuqdur. Belə ki, jurnalistikaya, ədəbi mühitə, həmişə canlanma, qaynarlıq gətirən Elçinin ölümü Azərbaycan mətbuatında 10 ildir yeri doldurulmayan bir boşluq yaradıb. İstər siyasi, istər ictimai olaylarda bu gün də onun imzası olan sözü axtarmamaq olmur. Elçin Səlcuq imzası və yaradıcılığı bu günün gənc jurnalistikası üçün də örnək və məktəbdir.

Dəyərli jurnalistimizin doğumunun və ölümünün ildönümünün keçirilməsi, onu bir daha xatırlamaq və yaradıcılığını araşdırmaq mənəvi borcumuzdur.

İnanırıq ki, Mətbuat Şurası bizim müraciəti də diqqətə alaraq Elçin Səlcuqun anım tədbirinin keçirilməsinə yardımçı olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136128

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930