İşə götürülmə üzrə kvotaya nəzarət elektron qaydada olacaq

08.11.2019 - 14:05

ef81576d-b76d-4458-9301-be04eabf48b4Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni yaradılan “Məşğulluq” alt sistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün müəyyən edilən kvotaya nəzarət elektron qaydada həyata keçiriləcək.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir: “Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib. Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Biz deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur” .
Nazir müavini əlavə edib ki, həm “Məşğulluq haqqında” qanun, həm də ƏƏSMN-nin “Məşğulluq” alt sistemi işəgötürənlər üçün ona təklif olunan namizədlərin məcburi qaydada işə qəbul olunması üçün heç bir mexanizm yaratmayıb: “Söhbət ondan gedir ki, istənilən işaxtaran şəxslə bağlı məlumat işəgötürənlərin şəxsi kabinetinə göndərilir. İşəgötürən namizədi bəyəndiyi təqdirdə göndərişi təsdiq edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=136146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728