Təhsil Nazirliyi: Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür

08.11.2019 - 17:17

Sabah Azərbaycanda Bayraq günü qeyd olunacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, 11 noyabr tarixi də qeyri-iş günü olacaq. Yəni, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.

Ancaq bəzi məktəblərdə bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, 6 günlük məktəblərdə bazar ertəsi gününün iş günü olduğu elan edilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Azərbaycan Respublikasının Dövlət bayrağı günü (9 noyabr) həftənin şənbə gününə, yəni altıgünlük iş həftəsi olan məktəblərdə iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 11-i həmin məktəblərdə iş günüdür.

Lakin bu, altıgünlük iş həftəsi olan məktəblərdə beş gün işləyən və təhsil alanlara aid deyil. Yəni, beş gün çalışan və təhsil alanlar üçün noyabrın 11-i qeyri-iş günüdür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031