Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya prezidentinin diqqət mərkəzindədir

09.11.2019 - 12:52

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik səylərində aktiv rol oynamağa davam edir. Dağlıq Qarabağ münaqişəsi tərəflərinə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərinə daxildir və bu, Rusiya Prezidentinin diqqət mərkəzindədir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana rəsmi səfəri öncəsi yaydığı məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd edilir: “Əminik ki, münaqişənin nizamlanması istisnasız olaraq siyasi diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə  həyata keçirilməlidir. Güman edirik ki, siyasi iradə olduğu təqdirdə diplomatik səylər gec-tez irəli getməyə və kompromisə gəlməyə imkan verəcək. Öz tərəfimizdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla sıx münasibətlər nəzərə almaqla yardım edəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=136220

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728