Penaltini vura bilməyən futbolçu “Brügge”nin əsas heyətindən kənarlaşdırılıb

09.11.2019 - 13:45

 

Belçika “Brügge”sinin futbolçusu Mbaye Dianyo komandasının qarşıdakı matçlarından kənarlaşdırılıb. “Report” “Le10Sport”a istinadən xəbər verir ki, baş məşqçi Filipp Klemanın qərarı əsasında seneqallı hücumçuya böyük məbləğdə cərimə də kəsilib.

Səbəb kimi 28 yalı forvardın Fransada PSJ ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçının 76-cı dəqiqəsində penaltidən yararlanmaması göstərilib. Komandası 0:1 hesabı ilə geridə olduğu vaxt Dianyo penalti qazanıb. Zərbəni kapitan Hans Vanaken yerinə yetirmək istəsə də, Dianyo buna imkan verməyib. Onun zərbəsini isə rəqib qapıçı asanlıqla dəf edib.

Oyundan sonra iki oyunçu arasında münaqişə baş verib. Vanakenin atdığı su qabına afrikalı forvard cavab verməyib. Daha sonra kapitan klub rəhbərliyi qarşısında “Ya Dianyo gedəcək, ya da mən” tələbi qoyub. Baş məşqçi isə afrikalı oyunçunu Belçika çempionatında növbəti turun “Antverpen”lə matçına aparmamağı qərara alıb.

Qeyd edək ki, Mbaye Dianyo “Brügge”yə keçənədək Türkiyə “Qalatasaray”ında forma geyinib. Hazırda “sarı-qırmızılar” da Çempionlar Liqasında Belçika təmsilçisi və İspaniya “Real Madrid”i ilə eyni qrupda yer alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=136226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728