Dövlət Agentliyi ana ölümü ilə bağlı məlumat yayıb

12.11.2019 - 16:00

aa51c4aa-c427-4cdc-a8e2-73d76ff7c50fİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ana ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, 8 noyabr 2019-ci ildə Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikinci hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

“Yevlax Rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı, patologiyalar aşkarlanıb. Tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşını ilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilib. 10 noyabr 2019-cu ildə G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib. Ananın ölümü doğuşdan sonra baş verib.

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136320

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930