Birinci vitse-prezidentin tapşırığı ilə şəhid ailəsinin evi geri qaytarılıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun ailəsinin “Xalq Bank” tərəfindən girov götürülən evi geri qaytarılıb.
“Report” xəbər verir ki, məlumatı “Facebook” sosial şəbəkəsində Səbinə Yusif adlı istifadəçi yayıb.
O bildirib ki, bir müddət öncə götürdüyü kredit borcunu ödəyə bilməyən şəhid ailəsinin mənzili “Xalq Bank” tərəfindən girovda olub.
Bununla bağlı şəhid ailəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Birinci vitse-prezidentin göstərişi və tapşırığı ilə mənzil şəhidin ailəsinə qaytarılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=136419