“”Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur” – MTRŞ sədri

14.11.2019 - 16:00

nusirevan meherremliMTRŞ sədri: “QAT “Qarabağ” adlı telekanal yaratmaq istəyir

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bir müddət əvvəl Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndə heyəti ilə görüşündə müzakirə olunan məsələlər barədə məlumat verib.

MTRŞ sədri APA-ya açıqlamasında deyib ki, görüş zamanı televiziya kanallarında Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin problemlərinə həsr olunmuş verilişlərin təşkilİ, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filmlərin göstərilməsi, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanması geniş müzakirə edilib: “Görüşdən sonra qeyd olunan məsələlərlə bağlı MTRŞ tərəfindən telekanallara xüsusi məktubla müraciət olundu. Məktubda deyilirdi ki, telekanallar bu məsələlərə həssaslıqla yanaşmalıdırlar. Bu, sadəcə bir tövsiyə idi, çünki bizim telekanallarının efir siyasətinə qarışmaq hüququmuz yoxdur”.

MTRŞ sədri deyib ki, rəhbərlik etdiyi qurum efirdə hərbi-vətənpərvərlik mövzusunda verilişlərin sayının artırılmasının tərəfdarıdır: “Telekanalların rəhbərliyi ilə görüşdə də bunu demişik. Bundan başqa, biz hər zaman Qarabağ Azadlıq Təşkilatı ilə əməkdaşlıq etməyə hazırıq. Onlar “Qarabağ” adlı telekanal yaratmaq istəyirlər. Hesab edirəm ki, “Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur. Bütün kanallarda Qarabağla bağlı verilişlər yayımlanır. Biz “Qarabağ” telekanalı yaradıb, onu adiləşdirə bilmərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=136489

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728