Rusiya terror fəaliyyətinə yardım etməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib
Rusiya hüquq-mühafizə orqanları terrorçuluq yardım etməkdə təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, terror fəaliyyətinə yardım etməkdə təqsirli bilinən, 1983-cü il təvəllüdlü Şəki şəhərində anadan olmuş Zaur Quliyev barəsində həbsli axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=136605