Sərnişindaşımanın keyfiyyəti ilə bağlı qrup yaradıldı

19.11.2019 - 10:30

“Məlumat verdiyimiz kimi, noyabrın 1-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradıb”.

Bu barədə “Cümhuriyyət”ə DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, monitorinqlər 3 istiqamətdə həyata keçirilir:

“Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı),

Paytaxt-Region və əks istiqamət,

Beynəlxalq istiqamətlər üzrə.

Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm.

Təklif və iradlarınız yalnız 012 566 52 58 nömrəli qaynar xəttimizi yığaraq səsləndirdiyiniz zaman qeydə alınacaq”.

N.Allahyarova qeyd edib ki, ilk sorğu Azərbaycanın şimal-qərb coğrafi məkanını əhatə edən Şəki-Zaqatala iqtisadi rayonu üzrə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarından paytaxt istiqamətində və şəhərdaxili sərnişindaşımada göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=136731

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728