Mənzil bazarında son durum: bahalaşma olacaq – EKSPERT

19.11.2019 - 12:42

“Təkrar mənzil bazarında ay ərzində 1.17, il ərzində isə 9.91 faiz azalma qeydə alınıb”.

Bu sözləri Lent.az -a əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, ilkin mənzil bazarında isə ay ərzində 2.81 faiz azalma müşahidə olunsa da, keçən ilin eyni dövrü ilə müqayisədə 5.83 faiz artım olub:

“Eyni zamanda, ümumi mənzil bazarında ay ərzində 1.87 faiz azalma, il ərzində isə 3.56 faiz artım qeydə alınıb.

Kirayə mənzil bazarına gəldikdə, ay ərzində 2.15, il ərzində isə 3.98 faiz artım müşahidə olunub”.

Ekspert əlavə edib ki, gələn ay həm mənzil, həm də kirayə mənzil bazarında bahalaşma olacaq:

“Buna səbəb yeni ilin gəlişidir. Qeyd edim ki, hər il bu tendensiya davam edib.

Düşünürəm ki, ilin sonunadək kirayə mənzil bazarında 4-5, mənzil bazarında isə 4 faiz civarında bahalaşma müşahidə ediləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=136749

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728