Nazirlər Kabinetinin yeni sözçüsü – DOSYE

19.11.2019 - 15:02

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Müvafiq sərəncamla bu vəzifəyə İbrahim Məmmədov təyin edilib.

Lent.az İbrahim Məmmədovun dosyesini təqdim edir.

İ.Məmmədov 1964-cü il iyulun 16-da Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. Tarix və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” adlı elmi monoqrafiyanın və yüzlərələ məqalənin müəllifidir. “1988-ci il Sumqayıt hadisələri Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsidir” adlı elmi işi müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Əməkdar jurnalist”dir. “Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi” adlı 3 hissəli sənədli filmin müəllifidir.

“Azadlıq” qəzetində, “Space” və ANS telekanallarında işləyib. 2005-2006-cı illərdə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. Daha sonra Region TV-nin sədr müavini olub.

Ailəlidir 2 övladı var.

Xatırladaq ki, Baş Nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=136768

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728