“Xocalı” futbol klubu yaradıldı

20.11.2019 - 10:44

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb.

Apasport.az saytının məlumatına görə, yeni klub “Xocalı” adlanacaq.

Bununla bağlı klubun, Xətai İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə “Ana harayı” abidəsini ziyarət ediblər.

“Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: “Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq 6-12 yaşlarında uşaqlar məşqlərə başlayıb. Gələcəkdə isə 19 yaşlılar arasında Azərbaycan çempionu olub, UEFA Gənclər Liqasında “Xocalı” adını layiqincə qorumaqdır. Klub hazırda Masazırdakı stadionda məşq edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=136832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728