Bu il 7300 iş yeri bağlanıb – 164,4 min yeni iş yerləri açılıb

20.11.2019 - 14:25

206313_6mvt0jw1z82019 -cu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yerləri açılmışdır.“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 24,1 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 55,0 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 32,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Bununla yanaşı, 2019-cu ilin doqquz ayı ərzində ölkədə 7,3 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136874

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930