Təbii qazla bağlı şikayətlər artır – RƏSMİ AÇIQLAMA

21.11.2019 - 17:31

Son günlərdə Bakının bir neçə rayonunda (Nərimanov, Xətai, Nizami, Suraxanı və başqalarında) qazın verilməsində fasilələrin yaranması və ya təzyiqinin aşağı düşməsi ilə bağlı yerli mediada məlumatlar yer alıb.

Bundan başqa, tez-tez sosial şəbəkədə istifadəçilərin balans artırmaqda problemlərlə qarşılaşdıqları və kartların tez-tez bloka düşdüyünə dair şikayətlərı də rast gəlmək olur.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Lent.az -a bildirib ki, hazırda paytaxtın hər hansısa bir ərazisində qaz təchizatının verilməsində dayanma yoxdur:

“Dünən Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənib.

Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdirilib.

Suraxanı rayonunda isə Qaz-İxrac İdarəsi ana xətdə quraşdırma işləri apardığı üçün qazın verilişi dayandırılıb.

DSonra Nərimanov rayonunda qəza olub və problem qısa müddətdə həll edilib.

Ümumiyyətlə, dünən sözügedən bərpa işlərinin 18:00-a qədər yekunlaşması planlaşdırılsa da, artıq saat 16:00-a qədər bütün problemlər həll edilib və hazırda sözügedən ərazilərdə qazın verilişində məhdudiyyət yoxdur”.

Qurum sözçüsü əhalinin sayğaclarla bağlı şikayətlərinə də münasibət bildirib:

“Bildiyiniz kimi, bununla bağlı “qaynar xətt” (104 və 185) nömrələrimiz mövcuddur. Əhalinin şikayətlərinin daha operativ və qısa müddətdə araşdırılması üçün “WhatsApp” nömrəmiz də (077-310-41-04) var. Şikayətlərlə bağlı sayğacın fotosu, eləcə də ödəniş problemi varsa, qəbzin fotosu çəkilərək, ünvan qeyd edilməklə vətəndaşlar sözügedən nömrəyə məlumat verə bilərlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136949

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930