Şadlıq saraylarından havaya atılan tullantı ilə bağlı ən çox şikayət hansı rayondan daxil olub?

22.11.2019 - 14:46

 

Bakıda şadlıq saraylarından havaya atılan tullantı ilə bağlı daha çox şikayətin hansı rayonlarından daxil olduğu açıqlanıb.

Bununla bağlı “Report”un sorğusuna cavabında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözşüsü İradə İbrahimova bildirib ki, ən çox şikayət Nizami rayonundan daxil olub:

“Nazirliyə daxil olan vətəndaş müraciətlərinin və aparılan monitorinqlərin təhlili göstərir ki, tüstü ilə havaya iy-qoxu yayan iaşə obyektlərinin əksəriyyəti paytaxtın Nizami rayonunda yerləşir. Monitorinqlər zamanı daha çox bu rayonun ərazisində çirklənmə səviyyəsinin yüksək olması qeydə alınıb. Ona görə də Nizami rayonu ərazisində yerləşən və təmizlənməmiş tüstünü atmosferə atan bütün şadlıq saraylarında da manqalların istifadəsinə qadağa qoyulacaq. Bu gün, sabah yəqin ki, həmin şadlıq saraylarında toylar olacaq. Obyekt rəhbərləri nəzərə alsınlar ki, bizim əməkdaşlar və məhkəmə içraçıları gəlib manqallardan istifadəni dayandıracaq. Odur ki, indidən tədbirlərini görsünlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137013

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930