Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar

06.12.2019 - 09:13

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” promo-rolikinin təqdimat mərasimi keçirilib. Ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin, media nümayəndələrinin rəğbətlə qarşıladığı təqdimat mərasimini layihənin bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev açaraq, onları bu maraqlı işin ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətlə tanış edib. Sonra isə kompozisiya nümayiş olunub və dəvət olunmuş qonaqların müzakirəsinə verilib. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Xalq artistləri – “Şohrət” ordenli aktrisa Afaq Bəşirqızı, proffessor İlham Namiq Kamal, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, “Dəcəl qızlar” ansamblının bədii rəhbəri Cəmilə Bayramova, Əməkdar artist, Mədəniyyət kanalının direktoru Ramil Qasımov və digər sənət adamları çıxış edərək yüksək peşəkarlıqla hazırlanmış “Nəsimi” layihəsinə görə yaradıcı heyəti təbrik etdilər, gələcək fəaliyyətlərində uğurlar arzuladılar, bunun “Nəsimi ili”nə teatrın böyük hədiyyəsi olduğunu vurğulayıblar.
Sonda baletin quruluşçusu və Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadə səhnəyə alqış sədaları altında dəvət olunublar. Gənclər onların yaradıcığına göstərilən diqqət üçün minnətdarlıq edərək yeni planları barədə də toplaşanlara geniş məlumat veriblər.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138175

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
242526272829