Zamanda səyahət etmək mümkündürmü? – Araşdırma

17.12.2019 - 12:39

Albert Eynşteyn 1915-cil ildə dünyamızı az-çox izah edə bilib. İndiyədək Ümumi Nisbilik Nəzəriyyəsi (ÜNN) müasir fizikada cazibə qüvvəsinin ən yaxşı təsviri hesab edilir. Nəzəriyyənin proqnozları həm ötən əsrdə, həm cari əsrdə aparılan çoxsaylı müşahidələr və eksperimentlərlə təsdiqini tapıb. ÜNN böyük qara dəliklərin və qravitasiya dalğalarının kəşf ediləcəyini əvvəldən xəbər verib. Beləliklə, dönə-dönə “Eynşteynin haqlı olduğunu” təkrarlayırıq.

Lakin bu gün alimlər Kainatın sürətlə genişlənməsinin səbəblərinə aydınlıq gətirə biləcək yeni nəzəriyyə axtarışındadır. Çünki ÜNN-ə əsasən, Kainatımız sürətlə genişlənməməlidir. Tədqiqatçılar hesab edir ki, Kainatın genişlənməsinin sürətlənməsinə görə müəmmalı qaranlıq enerji – gözəgörünməz substansiya və Kainatın hərəkətverici qüvvəsi məsuliyyət daşıyır. Başqa uyğunsuzluqlar da var: bu yaxınlarda alimlər qalaktikamızda qara dəlik aşkar ediblər. Halbuki ÜNN və ulduzların təkamülü haqqında biliklərimizə əsasən, belə bir dəlik mövcud olmamalıdır. Belə çıxır ki, bizə həm ÜNN, həm kvant nəzəriyyəsinə cavab verən yeni fundamental nəzəriyyə lazımdır.

Zamanı durdurmaq mümkündürmü?

Eynşteyn zamanın nisbi olduğunu nümayiş etdirib: obyekt sürətlə hərəkət edirsə, zaman yavaş hərəkət edir. Hadisələr müəyyənləşdirilmiş qaydada baş vermir. Nyuton fizikasında təsvir edildiyi kimi, vahid universal “indi” mövcud deyil.

Bəzi alimlərin fikrincə, zamanı durdurmaq mümkündür. Hərçənd onlar bunun məqsədyönlü olmadığını qeyd edirlər. Zamanı necə durdurmaq olar? Bunu başa düşmək üçün yenidən Eynşteynin Nisbilik Nəzəriyyəsinə müraciət etmək lazımdır: işığın sürəti saniyədə 299 792 458 metr təşkil edir və bütün Kainatda konstant hesab edilir. Bu sürət dəyişməz olaraq qalır, hətta müşahidəçi ona nisbətən hərəkət etsə belə. Cənubi Men Universitetinin alimlərinin əldə etdiyi məlumata əsasən, bizim işıq qavrayışımız dəyişə bilər. Nəzəri olaraq bu o deməkdir ki, bizim zaman qavrayışımız “zaman diletasiyası” (zamanın yavaşıması) kimi tanınan hadisənin köməyi ilə dəyişə bilər. Zaman diletasiyası iki saatda aparılan ölçüdə vaxt fərqidir.

Təsəvvür edin ki, bu saatlardan biri işıq sürəti ilə hərəkət edən kosmik gəmidə, ya da ona yaxın yerdə quraşdırılıb. Digəri isə Yerdə qalıb.

Kosmik gəmi işıq sürətinə çatanda iki saatda vaxt müxtəlif cür hərəkət edir. İşıq sürəti dəyişməz olduğu üçün elə təəssürat yarana bilər ki, gəmidəki vaxt bir qədər yavaş hərəkət edir. Araşdırma nəticələri göstərib ki, gəminin sürəti artdıqca, diletasiya effekti də bir o qədər böyük olur. Gəminin sürəti işıq sürətinə yaxınlaşdıqda – təsir əhəmiyyətli olur. Dolayısıyla, kosmik gəmi işıq sürətinə çatsa, göyərtədəki zaman sadəcə dayanacaq. Gəlin təsəvvür edək ki, gəmi 2214-cü ilədək işıq sürəti ilə hərəkəti davam etdirəcək. Belə olduğu təqdirdə, bizim üçün iki yüz il keçəcək, gəmidə isə ümumiyyətlə heç nə dəyişməyəcək. Son dərəcə qəribə səslənsə də, nəzəri cəhətdən doğrudur. Lakin bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, fundamental fiziki qanunlarına əsasən, işıq sürətinə çatmaq mümkün deyil.

Professor Stiven Hokinq hesab edirdi ki, Eynşteynin 1915-ci ildən bəri cazibə, məkan və zaman sahəsində apardığı araşdırmalar zamanda səyahət problemini həll edib. Başa düşdüyünüz kimi, bunun cavabı soxulcan dəliyi və ya Eynşteyn-Rozen körpüsündə yatır. Soxulcan dəliyi əslində kosmos zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətidir. Bu, kosmosun iki ucqar nöqtəsini birləşdirən məkan-zaman toxuması boyu keçiddir. Müxtəlif sivilizasiya nümayəndələri mövcuddursa və onların kosmik səyahətlər üçün lazım olan texnologiyaları varsa, istisna edilmir ki, onlar qalaktikanın bir ucundan digər ucunda səyahət edə bilir və yola düşmədən öncə bir-iki həftə ərzində evlərinə qayıda bilirlər. Belə bir paradoks.

(Tərcümə: xarici pressa)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138967

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031