Ruhanidən təyyarə qəzası ilə bağl açıqlama – “Bu böyük faciənin və bağışlanmaz səhvin…”

11.01.2020 - 13:31

 

İran Prezidenti Həsən Ruhani yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası barədə ilk dəfə açıqlama verib.

“Komsomolskaya pravda” nəşrinin verdiyi xəbərə görə, Ruhani Ukraynanın “Boeing 737-800” tipli təyyarəsinin Tehranda qəzaya düşməsinə səbəb olan “bağışlanmaz səhv”lə bağlı istintaqın davam etdiriləcəyini bildirib.

Bundan əlavə, dövlət başçısı qəzaya düşən sərnişin laynerində həlak olanlarla bağlı kompensasiya məsələsi istiqamətində bütün lazımi tədbirlərin görülməsini tapşırıb.

“İran İslam Respublikası faciə ilə nəticələnən bu səhvə görə dərin təəssüf hissi keçirir. İstintaq bu böyük faciənin və bağışlanmaz səhvin səbəblərini müəyyənləşdirməyə davam edəcək”, -deyə İran Prezidenti bəyan edib.

Dövlət başçısı, həmçinin Ukrayna təyyarəsinin məhv edilməsində günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140567

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930