DSX dövlət sərhədini qanunsuz keçməklə bağlı 13 cəhdin qarşısını alıb

11.01.2020 - 14:02

Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd müha­fizə tədbirləri davam etdirilir.

DSX-ın mətbuat xidmətindən verilən məlumatına görə, DSX Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son gün­lərdə 13 halda dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısı alınıb, 2 şəxsin üzərində narkotik vasitələr aşkarlanıb, 11 şəxsin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.

Ötən il dekabrın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1978-ci il təvəllüdlü Ghasemianlialkoli Maghsoud Normohammadin sənədlərinin qismən saxta, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1998-ci il təvəllüdlü Fazl Ullahın təqdim etdiyi pasportda Kuba vizasının tam saxta olması müəyyən edilib.

Bu il yanvarın 3-dəHeydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Masoumlou Masoudun sənədinin tam saxta olması, “Samur” dövlət sərhə­dindən buraxılış məntəqəsində Rusiyadan ölkəmizə gələn Özbəkistan vətən­daşları 1996-ci il təvəllüdlü Baxramcanov Donuyerbek və 1969-cu il təvəllüdlü Cəlalov Axlidin pasportlarının qısmən saxtalaşdırılması aşkar olunub.

Yanvarın 4-də Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Ba­kı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Razi Zergani Moayadın Küveytə məxsus pasportunun qismən saxta olması, Moskva-Bakı reysi ilə uçub gə­lən Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Salimov Orkhanın sənədinin saxtalaşdırılması müəyyən olunub.

Yanvarın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1994-cü il təvəllüdlü Farghi Alamdari Shayanın pasportunda Almaniyaya məxsus Şengen vizasının, Bakı-Kiyev reysi ilə uçub gedən Pakistan vətəndaşı 1997-ci il təvəllüdlü Raza Hassanın pas­por­tun­da Almaniyaya məxsus daimi yaşayış vizasının və İran vətəndaşı 1998-ci il təvəllüdlü Jahangiri Farhadın Yunanıstan pasportunun qismən saxta olması, İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1988-ci il təvəllüdlü Varmazyar Soheilanın Böyük Britaniya pasportu və İD kartının özgəsinə məxsus olması müəyyən edilib.

Yanvarın 3-də Astara SNM-də İran İslam Respublikasından ölkə­mizə gələn İİR vətəndaşı 1975-ci il təvəllüdlü Feiziarbabi Leilanın daxili orqan­larında 53 qram metamfetamin və 91 qram heroin, AR vətəndaşı 1969-cu il təvəllüdlü Astara sakini İbadova Zülfiyyə Tərlan qızının üzərindən 177 qram heroin aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140576

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930