Ombudsmanın əməkdaşları həbsdə olan AXCP fəalı ilə görüşüb

27.01.2020 - 16:34

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombusdman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı hüquqların təmini vəziyyəti və sənədləşmə araşdırılıb, bir sıra müraciətlər yerində təmin olunub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Zamin Salayev qəbul edilərək konfidensial qaydada dinlənilib, şikayəti qəbul olunub.

Salayev DİN-nin Hospitalında tibbi müayinələrdən keçirilib, ailə üzvü ilə görüşü təmin edilib. Müəssisədə onun hüquqlarının həyata keçirilməsi ilə bağlı çətinlik yoxdur.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, müvafiq tövsiyələr verilib.

Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.

Qeyd edək ki, AXCP üzvü Zamin Salayevə bir müddət əvvəl 30 sutka həbs cəzası verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=141645

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930