“Neftçala ən inkişaf etmiş rayonlardan biri olmalıdır” – Rüstəmxanlı Yeni Qışlaqda –

01.02.2020 - 14:56
61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, VHP sədri Sabir Rüstəmxanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Neftçala rayon Yeni Qışlaq kəndində keçirib.
Toplantını Yeni Qışlaq kənd orta məktəbinin müəllimi Tarverdi Hüseynov açaraq Sabir bəyin siyasi fəaliyyəti, yaradıcılığından danışıb. Daha sonra namizədin vəkili Fərman Hüseynov çıxış edərək Sabir Rüstəmxanlının bir şair, hərəkatçı, siyasətçi kimi ən yeni tariximizdə tutduğu mövqedən danışıb. F. Hüseynov Sabir bəyin uzun illər Milli Məclisdə təmsil olunduğunu və millət vəkili kimi fəaliyyətininin öhdəsindən yüksək səviyyədə gəldiyini bildirib: “Sabir Rüstəmxanlı bütün həyatı boyu millətə vəkil olmuş, onun haqqı uğrunda mübarizə aparmış bir şəxsdir. Bu gün biz neftçalalılara isə onun millət vəkilliyini öz rayonumuzdan təqdim etmək nəsib olub”.
70 yaşlı kənd sakin Xədicə Məmmədova çıxış edərək bütün kəndin seckilərdə Sabir Rüstəmxanlıya səs verəcəyini deyib:

“Sabir Rüstəmxanlını hamı yaxşı tanıyır, o bu millətin oğludur. Biz də bu layiqli oğula səs verib onu rayonumuzdan deputat seçməliyik”.

Görüşdə çıxış edən Sabir Rüstəmxanlı Xalq hərəkatından, Neftçala və bu rayon əhalisinin milli azadlıq mübarizəsində rolundan danışaraq Neftçalanın daha çox inkişafa layiq və qadir bir rayon olduğunu bildirib:

“Rayonun təbii sərvətləri, coğrafi mövqeyi, eyni zamanda zəhmətkeş əhalisi ona imkan verir ki, bu rayon ölkənin ən qabaqcıl, inkişaf etmiş rayonlarından birinə çevrilsin. Mən millət vəkili seçilərəmsə bu istiqamətdə lazım olan bütün addımları atacağam”.
O, həmçinin, Neftçala ilə bağlı xüsusi layihə hazırladığını və Milli Məclisdə, digər dövlət qurumlarda rayonun gələcəyi, inkişafı ilə bağlı məsələlərin qaldırilacağını söyləyib. S. Rüstəmxanlı neftçalalılardan xüsusi münasibət gördüyünü, bundan qürur hissi keçirdiyini əlavə edib və bu bölgənin tanınmış şəxsiyyəti olan Xəlil Rza haqda xatirələrini danışıb Eyni zamanda bildirib ki, bu torpaqların yetirdiyi böyük şəxsiyyət Əli bəy Hüseynzadə öz fəaliyyəti, turançılıq ideyası, bayrağımızda əks olunan ideologiyanın müəllifi kimi bütün türk dünyasında xüsusi yerə malikdir.
 
Sabir bəy həmçinin çıxışında bu bölgənin Azərbaycan tarixində xüsusi mövqeyindən bəhs edib:
 
“Bu bölgədən çıxan şeyxülislamlar həm sağlam dini dünyagörüşün formalaşmasında, həm də mütərəqqi fikirlərin inkişafında müstəsna xidmətlər göstərib”.
Neftçalanın ölkənin əhəmiyyətli, coğrafi yerlərdən biri olduğunu bildirən Sabir Rüstəmxanlı
millət vəkili seçilib-seçilməsindən asılı olmayaraq, millətin yanında olacağını, millətin sözünü deyəcəyini bildirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142198

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930