Qar yağacaq, temperatur 15-18 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

07.02.2020 - 16:16

“Bir müddət davam edən anomal isti hava şəraitindən sonra fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir”.

“Report” xəbər verir kİ, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.

O qeyd edib ki, fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35 m/s, bəzi ərazilərdə 38-40 m/s-dək şiddətlənəcək: “Bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edirik. Bakıda və Abşeronda: fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 15 -18 dərəcə aşağı enəcək. 9-da gündüz 0-3 dərəcə isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4 dərəcə şaxta olacağı gözlənilir. Buna görə də 9-dan 10-na, və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var”.

Direktor bildirib kİ, Azərbaycanın rayonlarında fevralın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 11-dək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir: “Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyinin güclənəcəyi, arabir şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimalı var. Hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq, meteohəssas insanların da səhhətlərinə qarşı diqqətli olmasını tövsiyə edirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142661

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930