Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi

11.02.2020 - 16:11

Azərbaycanda süni mayalanma fəaliyyəti ilə məşğul olan “Bahçeci Bakı Tibb Mərkəzi” ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

“Report” xəbər verir ki, Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

“Bahçeçi Bakı Tibb Mərkəzi” Qadın Sağlamlıq Mərkəzinin məhkəmənin bu qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Bahçeçi Bakı Tibb Mərkəzi” 7 ölkədə 13 mərkəzlə Tükiyə, Yaxın Şərq və Balkan ölkələrinin ən böyük süni mayalanma zənciri olan “Bahçeci Sağlık Grubu”na aiddir.

Tibb Mərkəzi türkiyəli professor-doktor Mustafa Bahçecinin rəhbərliyi ilə Azərbaycanda Mərkəzi Gömrük Hospitalı ilə ortaq fəaliyyət göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142739

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
242526272829