MSK sədri seçkiyə görə kimlərin cəzalandırılacağının anonsunu verdi
“Bülletenləri korlayan məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır. Onlar barəsində çox ciddi ölçü götürülməlidir”.
Virtualaz.org bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin hər birinə çox ciddi şəkildə yanaşılır: “Əgər hər hansı bir pozuntu aşkar edilirsə, bununla bağlı müvafiq qərar qəbul edilir”.
M.Pənahov konkret ad da çəkib. Bildirib ki, 68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələrinin seçki komissiyaları ilə bağlı ciddi tədbir görüləcək və onlar artıq nəzarətə götürülüblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=143144