Məktəblərdə məzunlara medal verilməsi ləğv olunub

29.02.2020 - 19:41

Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara medal verilməsi ləğv olunub. “Report” xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na dəyişiklik edilib.

Dəyişikliklə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və gümüş medal deyil, qızıl nişan və gümüş nişanla təltif olunacaq.

Qeyd edək ki, təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:

ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər;

tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar;

bütün fənlərdən illik qiymətləri “əla” olanlar;

bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir.

Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişanla, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.

Məzunların qızıl və ya gümüş nişanla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır.

Qızıl və ya gümüş nişan təntənəli şəraitdə təqdim edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143323

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930