“Hakimiyyətin bir az panikaya düşməsi məni təəcübləndirir…” – Araz Ağalarov koronavirus, dollar və neft barədə

04.03.2020 - 17:59

Bəlli olduğu kimi dünyanı vahiməyə salan koronovirus epidemiyasına görə neft kəskin ucuzlaşıb, nəticədə Rusiya kimi iqtisadiyyatı neftdən asılı olan ölkələrdə milli valyutalar da dəyərdən düşməyə başlayıb. Virtualaz.org xəbər verir ki, neftin ucuzlaşması nəticəsində Rusiyada dollar bir qədər bahalaşıb və hazırda 1 ABŞ dolları 65 rubla (təxminən 2 rubl bahalaşma) satılır.

“Komsomolskaya Pravda” bu məsələ ilə bağlı Azərbaycan əsilli milyarder, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarovla danışıb. Oliqarx deyib ki, onun möhkəm qənaəti belədir-neft ucuzlaşa bilər, amma uzağı 2-3-5 dollar. “Lakin çox müvəqqəti. Çünki şist neftinin maya dəyəri bahadır, haradasa 58-56 dollardır. Və bahalı şist nefti olmasa bazarda neft çatmaz. Ona görə də məni bizim hakimiyyətin bir qədər panik reaksiyası (maliyyə baxımından) təəcübləndirir. Yadınızdadırsa mən ötən müsahibələrimdən birində demişdim ki, rubl zirehli qatar kimi sabit qalmalıdır. Amma görürsünüz, belələrinin, mən deyərdim ki, belə qorxaq mövqelərin üzündən rubl dayana bilmədi”,-o qəzetin əməkdaşı Aleksandr Qamovla telefon söhbətində deyib.

Azərbaycanlı milyarderin fikrincə, bir az dözmək lazm idi. Çünki son vaxtlar Rusiyanın qızıl-valyuta ehtiyatları 100 milyard dollardan çox artmışdı. Ona görə də indiki vaxtda əhalinin milli valyutaya inamının itməməsi, xarici investorların rubla inanması və məzənnənin, o cümlədən ipoteka məzənnəsinin sabit qalması üçün rublun ucuzlaşmasına imkan vermək olmazdı.

“Və budur, həmin koronovirus fonunda rublun panik şəkildə dəyərdən düşməsi baş verir, mən deyərdim ki, sadəcə olaraq bizi qorxutdular. Böyük olmayan məbləğ hesabına onu əvvəlki səviyyədə saxlamaq olardı. Əgər neftin qiyməti haqda danışsaq…Əgər iki-üç həftə ərzində olmasa da uzağı bir-iki aya 60 dollara geri qayıdacaq. Çünki iqtisadiyyatın qanunları var, onu heç kim ləğv etməyib”,-Ağalarov bildirib.

Onun fikrincə neft 60 dollara qalxan kimi rubl yenə öz əvvəlki mövqeyini bərpa edəcək.

Ağalarov hesab edir ki, rublu sabit saxlamaq üçün qızıl-valyuta ehtiyatlarından 10-20, yaxud 30 milyard dollar xərcləmək problem deyildi. “Deyirlər xərcləyə bilmərik? Niyə xərcləyə bilmirik? Bilərik. Əgər uzunmüddətli perspektivdə böyük iqtisadi effekt verirsə xərcləməliyik. Qızıl-valyuta ehtiyatlarını o cümlədən milli valyutanı sabit saxlamaq, nəticədə əhalinin və investorların rubla olan inamını qorumaq üçün xərcləmək lazımdır. Bax budur mənim reseptim”,-biznesmen əlavə edib.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143509

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930