Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür – AMEA

16.03.2020 - 21:58

“Koronavirusdan qorunma və müalicə üsulları ilə bağlı kitabça və broşürlər hazırlanmalı, insanlara mütəmadi olaraq məlumatlar verilməlidir”. “Report” xəbər verir ki, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronovirusla mübarizəyə dair bu gün keçirilən maarifləndirici dəyirmi masada akademiyanın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova deyib.

Ölkəmizdə bu virusun genomu, quruluşu, mənşəyi, eyni zamanda vaksinlərin hazırlanması sahəsində dərin biliklərə malik mütəxəssislərin olduğunu deyən akademik İ.Hüseynova bildirib ki, bu istiqamətdə tədqiqatlar daha da genişləndirilməlidir.

Onun sözlərinə görə, elmi biliklər vasitəsilə ağır xəstəlik və pandemiyalarla mübarizə asan olacaq.

Hazırda ölkəmizdə koronavirusun qarşısının alınması və peyvəndlərin hazırlanması məqsədilə ciddi tədbirlərin görüldüyünü deyən alim bu pandemiyanın dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=144065

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930