Üçüncü bina jurnalistlərə bu il paylanacaqmı? – KİVDF-də məlumatsızdırlar…

16.03.2020 - 22:08

Bakıda jurnalistlər üçün tikilən üçüncü binada son tamamla işləri aparılır. Fasadın üzlənməsi, həyətin asfaltlanması və yardımçı təsərrüfat binalarının tikintisi başa çatmaq üzrədir.

Bir müddət əvvəl Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirmişdi ki, indiyə qədər Fonda bu məqsədlə 35 milyon manat ayrılıb. “2020-ci ildə bu bina da təhvil veriləcək. 16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq”, – deyə V. Səfərli qeyd edib.

Binanın mətbuatın 145 illiyi ərəfəsində jurnalistlərə paylanacağı gözlənilir. Amma bu istiqamətdə proses hələ başlamayıb.

Fonddan “AzPolitika.info”-ya bildirilib ki, jurnalistlərin müraciətlərinin qəbul vaxtının nə zaman başlayacağı məlum deyil. Mənzillərin Mətbuat Günü veriləcəyi barədə də Fondda hər hansı məlumatın olmadığı qeyd edildi.

Xatırladaq ki, jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər 2017-ci ildə paylanıb. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.

AzPolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=144069

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31