Sabahdan Azərbaycanda koronavirus xəstələri bu klinikada müalicə alacaq – FOTOLAR
Sabahdan etibarən müvəqqəti olaraq sabahdan etibarən “Yeni klinika” tibb müəssisəsində koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.
Publika.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin – TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Yeni Klinika”nın açılışında Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verərkən bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=144514