Koronavirusdan sağalan azərbaycanlı iş adamından açıqlama

29.03.2020 - 11:40

“Xəstəlik dövründə biz dad və iybilmə qabiliyyətimizi itirmişdik və hələ də bərpa olunmayıb”.

Cumhuriyyet.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri koronavirusa yoluxmuş Kanadada yaşayan azərbaycanlı iş adamı Ruslan İsmayılzadə “Amerikanın səsi”nə müsahibəsində deyib. Artıq test nəticələrinin mənfi olduğunu bildirən R.İsmayılzadə virusa necə yoluxmasından və bu müddət ərzində başına gələnlərdən danışıb:

“Hazırda özümü yaxşı hiss edirəm, ümumilikdə, bu dövr əzində normal hiss etmişəm. Həyatımda bundan da pis qriplərə tutulmuşam, bu, ən pislərindən biri olmadı.

Şirkətim var və bizim martın 10-da Nyu-Yorka biznes səfərimiz planlaşdırılmışdı. Səfərimiz zamanı həm məndə, həm də partnyorumda qızdırma başladı.

Qızdırma daha sonra quru öskürəklə əvəzləndi. İstiliyimiz elə də yüksək olmurdu. Ona görə, başlarda diqqət etmədik. Elə bilirdik koronavirus tutanda adam partlayır. İnsanlar bilsin ki, bu, çox zaman adi qrip formasında keçir, ən pis versiyada isə sətəlcəm olurlar.

Biz virusa yoluxduğumuzu biləndə özümüzü izolyasiya etdik və Kanadaya geri döndük.

Test olunduq, nəticələrimiz müsbət çıxdı. Həkimimiz çox dərman qəbul etməməyi, sadəcə istiliyimiz qalxarsa, parasetamol içməyi məsləhət gördü”.

Onun sözlərinə görə, daha sonra yoxlanılan zaman test nəticələri mənfi olsa da, həkimlər şəxsi izolyasiya dövrünün davam etdirilməsini məsləhət görüb:

“Martın 25-də yenidən test olunduq və nəticələr mənfi oldu. Ancaq bizə xəbərdarlıq olundu ki, testlər elə də təkmilləşdirilməyib, hələ də yoluxucu qrupa daxilik və izolyasiyanı davam etdirməliyik.

Hərdən nəfəs darlığı olur, hərdən də qızdırma yaranır. Ona görə, hələ ki, tam sağlam sayılmırıq.

Əvvəl hamı deyirdi, 14 gün ərzində hər şey bitir. Sonuncu danışdığımız həkim 21 gün dedi. Hər bir region üzrə simptomları fərqli ola bilər.

Bizim xəstəxanamız tamamilə onlayn sistemə keçib. Həkimim dərman siyahımı aptekə göndərdi, aptek də dərmanı evimə göndərdi.

Hökümətlər hazır olmasa da, inkişaf etmiş ölkələrin biznesi bu kimi situasiyalara hazırdır. Evdə qalın, yanlız vacib şeylər üçün küçəyə çıxın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=144549

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31