Azərbaycan daha 175 vətəndaşını təxliyə etdi

03.04.2020 - 17:15

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirib.

Bu barədə Musavat.com-a AZAL-dan bildirilib.

Həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb.

Eyni zamanda bu gün səhər saatlarında “Azərbaycan Hava Yolları”nın təyyarəsi ilə 69 sərnişin üçün London-Bakı reysi həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərba

ycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

“AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur”, – aviaşirkət bəyan edib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=144755

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31